Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanıb.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı