DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alındığı məlum olub.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanaraq istintaqa cəlb edilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı