Daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində daha bir uğurlu əməliyyat keçirilib.
Belə ki, yanvarın 31-də daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanan şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Kiçiknicatdan nömrəsi silinmiş, istifadəyə yararsız “Naqan” markalı tapança, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanan şəhər sakini Ədalət Məmmədovdan isə müvafiq sənədləri olmayan nömrəsi silnmiş “TOZ-16” markalı ov tüfəngi və 10 ədəd patron aşkar edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı