Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlandığı məlum olub.
Araşdırmalar zamanı həmin məbləğdə pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından, qadın polis əməkdaşları tərəfindən saxlanıb.
Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı həmin pulu tanışı olan bir nəfərə verdiyi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa cəlb edilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı