Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürqarabucaq kəndində yaşayan Absalam Mustafayevin evinə baxış keçirilib və oradan müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Bulaqlı kənd sakini olan 4 nəfərdən ümumilikdə 4 ədəd - 2 “TOZ”, 1 “İJ” və 1 “Simson” markalı tüfənglər götürüblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən isə Qobustan qəsəbəsinin ərazisində “Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı