Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər. Nəticədə evdən 1 ədəd “Makarov”, 1 ədəd “Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.
Saxlanan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı