Daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.
Saxlanan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı