Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub.
Dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla qadının Bakı şəhər sakini Firəngiz Heydərova olduğu, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını aldığı müəyyən edilib.
Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü Polis Bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı