Bakı Apellyasiya Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun həbs müddətinin artırılması barədə Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Sadiq Rəsulovun Trend-ə verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.