Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçirilən əməliyyat zamanı polis əməkdaşının xəsarət alması barədə məlumat yayıb.
Trend-in DİN-in saytına istinadən verdiyi xəbərə görə, martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus "VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.