Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.