"Qanuni oğru" Dadaş Bakinski Moskvadan Bakıya göndərilib. APA-nın "Rosbalt”a istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında deyilir ki, o, Rusiyada narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə həbs olunaraq, Krasnoyarsk vilayətində islah-əmək koloniyasında cəza çəkib.
2015-ci ilin yanvarında Dadaş Bakinskinin Rusiya Federasiyası ərazisində qalmasının arzuledilməz sayılması barədə Ədliyyə Nazirliyi tərəfindən qərar verilib.