Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib.
Məlumata görə, N.Rəhimov barəsində istintaqı yekunlaşmış cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
Məlumatda o da bildirilir ki, N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.