Şəmkirdə qadına qarşı zor tətbiq edilib. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib.
Kənd sakini, 26 yaşlı Ulduz Qurbanova Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona bədənin müxtəlif hissələrinin əzilməsi diaqnozu qoyulub, tibbi yardım göstərilib. Hazırda vəziyyətinin normal olduğu bildirilir. Qurbanova boşandığı həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.