Azərbaycanın tanınmış vəkili axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.