Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb. Trend-in məlumatına görə, Səbail rayon məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.