Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, proses qapalı keçirilib. Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, müvəkkilinin azadlığa buraxılması ilə bağlı 4 vəsatət qaldırıb, lakin vəsatətlərin heç biri təmin olunmayıb.
Növbəti məhkəmə prosesi martın 3-ə təyin edilib.