Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 2 ay əvvəl həbsxanadan çıxmış 53 yaşlı Azərbaycan vətəndaşı Yusif Gebeyev güllələnib. APA-nın "Peterburqskaya qazeta”ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 12-də baş verib.
Y. Gebeyevin yanından keçən "Renault Duster” markalı avtomobildən naməlum şəxs ona atəş açıb. Nəticədə Y. Gebeyev hadisə yerində ölüb. Sənədlərinə baxan zaman onun 2 ay əvvəl Lipetskdəki həbsxanadan azad edildiyi məlum olub.