Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin həbsdə olan baş mühasibi Anar Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Gülşən Salmanovanın APA-ya verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.