Dairə Seçki Komissiyasının (DSK) sədrinin oğlunu öldürən şəxsin kimliyi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum qətl hadisəsi yanvarın 7-də qeydə alınıb. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzildə tapılıb.