Azərbaycanda dəhşətli cinayətin üstü açılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.
T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb.
Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.
R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.