Ötən gün Gəncədə məktəblini bıçaqlayan yeniyetmə saxlanılıb. Belə ki, şəhərin Sevinc qəsəbəsində 8-ci sinif şagirdini bıçaqlayan 10-cu sinif şagirdi 2009-cu il təvəllüdlü M.Hacıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, bıçaqlanan və hadisəni törədən yeniyetmələrin ikisi də Gəncənin Sevinc qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbinin şagirdləridir.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə məktəbdənkənar ərazidə mübahisə zəminində baş verib.
Mətləb