Dəm qazı daha bir faciəyə səbəb olub. Belə ki, Beyləqanda ər-arvad dəm qazından zəhərlənib. Hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Araşdırma aparılır.
Mətləb