Bakıda 330 min manat dəyərində saat oğurlanıb. Hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb. Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub. Hazırda istintaq davam edir.
Mətləb