Saatlıda bədbəxt hadisə baş verib. Avtomobil iki yaşlı uşağı vurub. Saatlı rayon sakini Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxaya idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib. Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mətləb