Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD