Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar. Belə ki, minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb