Suraxanıda 63 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 63 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. 1961-ci il təvəllüdlü Səfərova Ceyran Abdulla qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Mətləb