Daşkəsəndə xəstə çağırışa gedən həkimə bıçaqla xəsarət yetirib. Hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü Aydın Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub.