Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada vəfat edib. Hadisə Biləsuvar rayonunda qeydə alınıb.
VAZ markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, Biləsuvar sakini 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb