Tovuzda çay kənarında meyit aşkarlanıb. Hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Məlum olub ki, rayonun Qaraxanlı kənd sakini 1984-cü il təvəllüdlü Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi fermada qusma nəticəsində boğulub. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.
Mətləb