Sabiq deputat Hüseyin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 3 il müddətə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham irəli sürülüb.
Mətləb