Şəmkirdə yanğın hadisəsi baş verib. Hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, kənd sakinə məxsus 3 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 3 otaqlı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mətləb