Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü E.Bayramov və 2004-cü il təvəllüdlü S.Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mətləb