Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol qəzası baş verib. Belə ki, Xətai rayonunda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. 1960-cı il təvəllüdlü Məmmədov Mahir Hidayət oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb