Bakıda yük maşını piyadanı vurub. Hadisə bu gecə saat 02 radələrində Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Ağayev Hacıağa Vaqif oğlu etibarnamə əsasında idarə etdiyi "HOWO ST-3250C" markalı yük avtomobili ilə Sabunçu rayonu, "Şəhər şossesi" ilə Zabrat qəsəbəsindən şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə yolun hərəkət hissəsində dayanmış şəxsiyyəti məlum olmayan kişini vurub.
Naməlum şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb.
Mətləb