Bakı şəhərinə külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.
Mətləb