Yevlax rayonu Əkşəmkənd ərazisində yol qəzası baş verib. Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb. Qəza nəticəsində Yevlax rayon sakinləri - 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb