Qubada daha iki məsuliyyətsiz koronavirus xəstəsi... Polis evlərinə qaytardı

img

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVİD-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər