03/12/2020 13:56
728 x 90

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt şəhərində xüsusi əməliyyat keçirdi - FOTO

img

DİN Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdiyi tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanıb. Onun üzərindən 11,665 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən daha bir tədbir zamanı Sumqayıt şəhərində yaşayan Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş,  Corat qəsəbəsi sakini Səfərəli Nəsibov tutulub. Onun üzərində 2 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Həyata keçirilən daha bir əməliyyat zamanı isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Hüseynov saxlanılıb. Onun üzərindən 16 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etməyə cəhd göstəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər