Cümə axşamı günü, 22 oktyabr 2026
     

Eyni gündə İstanbulda qətlə yetirilən azərbaycanlı avtoritetlər - “Yasamalski”, “Lənkəranski” və “Quli”...

Image


Məlum olduğu kimi, "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Antalyada  birlikdə şam etdiyi şəxs tərəfindən öldürülüb. Məlumatlara görə, N.Səlifovu güllə ilə başından vuran şəxs Xan ləqəbli yaxın adamı olub. Xan “Quli”nin ətrafında xeyli müddət olub və ona yaxınlığı ilə seçilib. Quli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıqdır. R. Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib. “Lotu Quli” isə bir gün fərqlə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb. Bu saat fərqini qatilin öz işini görməsi üçün uyğun zaman tapması ilə izah edirlər. Qeyd edək ki, məhz bu tarixdə və eyni ölkədə azərbaycan əsilli başqa bir kriminal avtoritet də güllələnib.

19 avqust 2013-cü ildə Türkiyədə qanuni oğru Əlibaba Həmidov (Qoca Yasamalski) qətlə yetirilib. Maraqlıdır ki,  "Qoca"nın ölümündə Rövşən Lənkəranski, Rövşənin ölümündə "Quli" təqsirləndirilirdi. Qeyd edək ki, son qətlə yetirilən 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. İlkin versiyalar qətlin kriminal klanlar arasında gedən müharibə nəticəsində qisasçılıq zəminində baş verdiyini söyləməyə imkan verir. Bu versiyanın həqiqətə yaxın olduğunu nəzərə alıb,  kriminal qruplar arasında müharibənin tarixinə bir qədər ekskurs etmək yerinə düşər.

"Quli" çox gənc yaşlarında həbs edilib və 22 il məhbəsdə qalıb. Bütün əlaqələrini, var-dövlətini türmədə ola-ola yaradıb. İçəridə olsa da, əli çox uzun olub. Bütün bu baş verənlər vaxtilə yersiz  atılıan bir əl-qol hərəkətinin üstündə yaşanır.

2000-ci ilin əvvələrində "Quli" ilə məşhur "oğru" "Sabirabadlı Hikmət" arasında 13-cü "zon"da mübahisə yaranır. Həmin vaxt nisbətən cavan olan Quli Hikmətə əl qaldırır. Bu hərəkət "zon"da birmənalı qarşılanmır, ancaq Hikmət qarşıdurmanın yaranmasına icazə vermir. "Sroku" az olan Hikmət həmin hadisədən bir neçə gün sonra azadlığa çıxır. Sonra bir neçə nüfuzlu azərbaycanlı "oğru"nun adından "zonlara" "Quli"nin "oğru" adından məhrum edilməsilə bağlı  "proqon" (yazılı xəbər) göndərilir. Quli isə "oğru" olduğunu iddia edir və beləliklə Azərbaycandakı cinayətkar aləm iki yerə parçalanır. Ən maarqlısı budur ki, həmin “proqona” imzasını qoyan bütün azərbaycan əsilli  “oğrular”  sonradan bir-bir qətlə yetirilib. Bu da iki qrup arasındakı mübarizənin amansız mərhələyə qədəm qoyduğundan xəbər verir.

 Bundan sonra tanınmış kriminal avtoritet "Naxçıvanlı Nuruş" "Quli" ilə "krıtıy türmədə" üz-üzə gəlir və deyilənə görə, həmin qarşılaşmada "Nuruş" "Quliyə" əl qaldırır. Bir neçə aydan sonra qapalı türmədə cəza çəkən "Nuruş"un yanına görüşə gələnlərin olduğu bildirilir. Görüş otağında bir neçə idmançı "Nuruş"un üstünə tökülüşür və onun bir neçə qabırğasını sındırırlar. Bunu edən  "Razinski Samir" olur. Hamı anlayır ki, bu hadisənin sifarişini "Quli" verib. Üstündən bir müddət keçəndən sonra "Razinski Samir"  tamamilə başqa motiv zəminində öldürülür. Üstəlik, o da yaxın dostlarından biri tərəfindən, yaranmış mübahisə zəminində qətlə yetirilir.  

Biz istərdik ki, bu qətlin törədilməsi ilə bağlı başqa bir əsaslı versiyanı da nəzərdən keçirək. Görünən budur ki, İstanbulda öz yaxın adamı tərəfindən güllələnən "Lotu Quli"yə süi-qəsdin hansı zəmində baş verdiyi ilə bağlı müxtəlif versiyalar səslənir. Hələlik üstündə daha çox  dayanılan versiya bu qətlin qisas zəminində baş verməsidir. İddia olunur ki, bu işdə  4 il əvvəl İstanbulda qətlə yetirilən digər "qanuni oğru" "Rövşən Lənkaranski"nin mənsub olduğu kriminal klanın əli var.  Ancaq nədənsə, "Quli"nin tamamilə başqa bir motiv əsasında öldürülə biləcəyi versiyasına heç kim toxunmur. 

"Quli"ni öldürən "Xan" gəncdir. "Oğru" aləminin qanunları ilə yaşayan bu şəxslərin çoxu "idealist" olur.  Əksəriyyətinin ən böyük arzusu kriminal aləmin ierarxiyasında ən yüksək pillə sayılan "oğru" adını qazanmaqdır. Buna görə ən ağır "projarkalardan" (əzablardan) keçirlər, hətta həbsxana illərini belə açıq "zon"da yox, qapalı həbsaxanalarda keçirməli olurlar. Bu tip adamlar istənilən bir xoş olmayan rəftara görə özlərindən çıxıb, qeyri-adekvat addımlar ata bilər. Belə tipologiyaya tam uyğun gələn gənclərdən biri də "Quli"nin qatili "Xan" olub. Deyilənə görə, "Quli" son vaxtlar həddindən artıq dozada spirtli içki qəbul edirmiş. Etimal etmək olar ki,  "oğru" kefinin yaxşı olduğu vəziyyətdə "Xan"ın xətrinə dəyən hansısa sözü deyib və  qatil gənc bunu özünə sığışdıra bilməyib, nəticədə "Quli"ni öldürməklə qisasını almaq fikirinə düşüb. Bu versiyanı əsaslı və inandırıcı edə biləcək bir hadisəyə diqqətinizi yönəltmək istəyirik. Başqa bir "qanuni oğrunun" başına gələn bənzər hadisə Bakıdakı "zon"lardan birində yaşanıb. 2008-ci ildə "Yunus Bakinski" ləqəbli "oğru"ya da  sui-qəsd olub. Həmin ilin oktyabr ayının 15-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı "zon"unda cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatmış Yunus Nəzərova balta ilə zərbə endirib. Bu şəxs də "oğru"nun yaxınına buraxdığı etibarlı adamı olub. Sırf təsadüf nəticəsində "Yunus Bakinski" sağ qalıb. Vəfadar Mirzəyev bu addımı Yunusun onu bir neçə dəfə təhqir etdiyinə görə atdığını bildirmişdi. Hadisələr arasındakı sinxronluğa fikir verin. Hər iki situasiyada sui-qəsd olunan adam "oğru"dur. Bunu edənlər isə avtoritetlərin ən yaxınlarına buraxdıqları gənclərdi. Hər iki "oğru"ya sui-qəsd edilən an həmin adamlar 26 yaşında olub. Hər halda, bu versiya ətrafında da düşünmək üçün ciddi əsaslar mövcuddur.

İstənilən halda, kriminal aləmdəki bu cür ölümlərin əsl səbəbi müəmma olaraq qalır. Çünki əksər hallarda canlı şahidlər ortadan götürülür. Götürülməyəndə isə hadisənin iştirakçıları daha çox susmağa və ya istinaqı əsl motivə yox, başqa istiqamətə yönəltməyə müvəffəq olurlar.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ