Ermənistan Baş naziri Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak edəcək.
O, bunu seçkilərdən əvvəl yenidən seçildikdən sonra Aİİ daxilində yaranan problemləri həll etmək vədi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Aİİ Hökumətlərarası Şurasının iclası planlaşdırılır. Mən iclasda iştirak edəcəyəm və biz bu məsələni həll edəcəyik. Biz artıq bunun üzərində işləyirik”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 6-7 avqust tarixlərində Çolpon-Atada keçiriləcək.
Tahir TAĞIYEV