Azərbaycanın hər bir regionunda 6 aylıq müqavilələr əsasında ictimai işlərə cəlb etmək yolu ilə 300-dək əlavə iş yeri açıla bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.