Azərbaycanın sığorta şirkətləri tibbi sığorta üzrə xidmətlər göstərmək üçün özəl klinikalardan güzəştlər tələb edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövcud məsələ bu gün səhər saatlarında Dövlət Sığorta Nəzarəti Xidmətinin sədri Namiq Xəlilovun da iştirak etdiyi sığorta şirkətlərinin rəhbərləri ilə görüşdə müzakirə olunub: "Biz sığorta şirkətlərinin tibbi sığorta üzrə xərcləri necə azalda biləcəyini, eləcə də bu sığorta növü üzrə xidmətlərin göstərilməsi formatınının dəyişdirilməsi imkanını müzakirə etdik".