“Brent” markalı neftin qiyməti bir barrel üçün yenidən 100 dolları keçib. “BBC”nin məlumatına əsasən, neftin qiyməti Asiya bazarında səhər saatlarında 1 barrel üçün 4% artıb və 103.94 dollar təşkil edib.
ABŞ Prezidenti Trampın İranın elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri təxirə salmaq qərarı verdikdən sonra, martın 23-də “Brent” markalı neftin qiyməti 10%-dən çox azalıb.
İran Yaxın Şərqdə münaqişənin başlamasından sonra Hörmüz boğazını bağlayıb, bu da dünyada neftin və qazın bahalaşmasına səbəb olub.
Planetin neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçir.
Tahir TAĞIYEV