çərşənbə günü, 25 noyabr 2026
     

Neft bazarında dərin qiymət xaosu başlana bilər...

Image


ABŞ prezidenti Donald Trampın əmrilə Amerika ordusunun Venesuelanı blokadaya alması nəticəsində dünya bazarında neftin qiyməti 1 faiz artıb. Bu günlərdə isə ABŞ Hərbi Dəniz Qüvvələri Venesuelaya məxsus 2 milyon ton neft daşıyan “Centuries” tankerini saxlayıb.

Bununla yanaşı Venesueladan neft doldurub Karib dənizinə çıxan “Bella-1” tankeri də saxlanılıb, araşdırma aparılır. Bütün bunlardan sonra dünya bazarında neftin qiyməti yüksəlib.

“Bloomberg” yazır ki, neftin qiymətinin 1 faiz yüksəlməsinə təsir edən faktlardan biri də ilk dəfə olaraq Ukrayna hərbi dronlarının Aralıq dənizində Rusiya neftini gizlin formada daşıyan tankerlərə zərbə endirməsi olub.

“Westpac Banking” bankının analitiki Robert Renni bildirib ki, bu gün dünya bazarında neftin qiymətinə güclü təsir edən faktor geosiyasi dəyişiklərdir. Dünya miqyasında ən çox neft istehlak edən dövlətlərdən biri Çindir ki, onun da iqtisadiyyatında durğunluq yaranıb. Çində fəaliyyət göstərən 130 avtomobil istehsalçısının kəskin rəqabəti qiymətlərin azalmasına təsir edib. Çin avtomobillərinin həm daxili bazarda, həm də xarici bazarlarda ucuzlaşıb. Bir sıra avtomobil zavodları istehsalı azaltmaq məcburiyyətində qalıblar. Çin iqtisadiyyatının durmadan inkişafı tələb və təklif prinsipini pozub. İllərlə tikilən zavod və fabriklər istehlak olunandan daha çox məhsul istehsal ediblər ki, bu da yalnız avtomobil sənayesində deyil, bütün sahələrdə qiymət endiriminə gətirib çıxarıb. Gələn il neftin qiymətinə Çində iqtisadi artım və Ukrayna müharibəsi təsir edəcək. ABŞ və Rusiya rəsmilərinin keçirdiyi görüşlər bazarda optimizm yaratsa da, görüşlərin nəticəsiz qalması qiymətlərin yenidən artmasına səbəb olur. Hələlik bazarda qeyri-müəyyən sabitlik hökm sürür. İstənilən halda bazara istehlak həddindən çox neft çıxarılır ki, bu da kəskin qiymət artımının qarşısını alır. Amma gələn il Ukraynada savaşın davam etməsi, venesuela ətrafında vəziyyət, Çinlə bağlı durum qiymətlərin kəskin yüksəlişini istisna etmir. Dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanı ilə ixracı qadağan edən tədbirlərin müddətini 2026-cı il iyunun 30-dək uzadıb. Müvafiq fərman imzalandığı gün qüvvəyə minib. Rusiya nefti üçün qiymət tavanı Avropa İttifaqı ölkələri tərəfindən 2022-ci il dekabrın 3-də tətbiq edilib. Bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilən maksimal qiymət mexanizmi isə 2022-ci il dekabrın 5-də — Rusiya neftinin dəniz yolu ilə tədarükünə qadağa ilə eyni vaxtda qüvvəyə minib. Bu da qiymətə təsir edir.

Ekspertlər bu fikirdədir ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibə qlobal enerji bazarına, xüsusilə də neftin qiymətinə ciddi və çoxşaxəli təsir göstərməkdə davam edəcək. Müharibənin neft bazarına təsirini gücləndirən əsas amillərdən biri Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardırr. Bu sanksiyalar Rusiya neftinin dünya bazarlarına çıxışını çətinləşdirir, ixrac marşrutlarının dəyişməsinə və ticarət axınlarının yenidən formalaşmasına səbəb olur. Bir sıra Avropa ölkələri Rusiya neftindən imtina edərək alternativ mənbələrə üz tutur, bu isə Yaxın Şərq, ABŞ və digər regionlardan neftə tələbi artırır. Digər tərəfdən, Rusiya neftinin tamamilə bazardan çəkilməməsi, lakin daha ucuz qiymətlərlə Asiya bazarlarına yönləndirilməsi neft bazarında yeni reallıqlar formalaşdırır. Bu vəziyyət bir tərəfdən qlobal təchizatın tam çökməsinin qarşısını alsa da, digər tərəfdən qiymətlərin daha dəyişkən olmasına səbəb olur. Münaqişə zamanı enerji infrastrukturuna yönələn hücumlar da neftin qiymətinə təsir edən mühüm faktordur. Limanlara, neft terminallarına və emal müəssisələrinə dair xəbərlər bazarlarda təchizatın təhlükə altına düşəcəyi qorxusunu artırır. Bu cür risklər xüsusilə ixrac imkanlarının məhdudlaşa biləcəyi ehtimalını gücləndirərək neftin qiymətinin yuxarı səviyyədə qalmasına şərait yaradır. Uzunmüddətli perspektivdə Ukrayna müharibəsi neft bazarında struktur dəyişikliklərinə gətirib çıxarır. Bir çox ölkələr enerji təhlükəsizliyini prioritetə çevirərək alternativ enerji mənbələrinə və yeni tədarükçülərə yönəlir. Bu proses qısa müddətdə neftə tələbi azaltmasa da, bazarda strateji planlamanı dəyişmiş və gələcək qiymət proqnozlarını daha mürəkkəb hala gətirir. Eyni zamanda OPEC+ ölkələrinin hasilat siyasəti də müharibənin təsirləri fonunda daha böyük əhəmiyyət kəsb edir, bu qurumun qərarları qiymətlərin sabitləşməsində əsas rol oynamağa başlayır. Proseslər qlobal iqtisadiyyata da ciddi təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi bir çox ölkələrdə inflyasiyanı sürətləndirir, istehsal xərclərini artırır və istehlakçıların alıcılıq qabiliyyətinə mənfi təsir edir. Xüsusilə neft idxalçısı olan ölkələr üçün bu vəziyyət iqtisadi təzyiqləri daha da gücləndirir. Digər tərəfdən, neft ixrac edən ölkələr qısamüddətli gəlir artımı əldə etsələr də, bazardakı qeyri-sabitlik onların uzunmüddətli planlarına risk yaradır. Müharibə davam etdikcə neft bazarı da siyasi və hərbi proseslərdən asılı olaraq dəyişkən qalacaq və bu amil qlobal iqtisadiyyat üçün mühüm risq mənbəyi olaraq qalmaqda davam edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ