çərşənbə günü, 22 iyul 2026
     

Azərbaycanda gələn il Aİ-95 benzinin istehsalı barədə xəbər hələ ziddiyyətlidir...

Image


Xalid Kərimli: "Hökumət hər il vəd verir ki, Aİ-95 markalı benzini daxildə istehsal edəcəyik, amma vədlər bir-birini əvəzləyir, reallıq dəyişmir”

İqtisadçı Xalid Kərimli bildirir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernləşdirmə layihəsinin nəticəsiz qalması cəmiyyətdə ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, bu layihəyə dövlət vəsaiti hesabına milyonlarla, bəzi mənbələrə görə isə bir neçə milyard manat sərf olunub. Lakin buna baxmayaraq, 2026-cı ildə də Aİ-95 markalı avtomobil benzininin daxildə istehsalı nəzərdə tutulmur.

2026-cı il dövlət büdcəsi layihəsində göstərilir ki, gələn il aksiz vergisi daxilolmalarının ümumi həcmi 1 milyard 584 milyon manat təşkil edəcək. Bunun 49,2 faizi, yəni 779 milyon manatı neft-qaz sektorunun payına düşür. Bu isə 2025-ci ilin proqnozu ilə müqayisədə 196,7 milyon manat və ya 20,2 faiz az deməkdir. Sənəddə qeyd olunur ki, gələn il daxili istehlak üçün Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır. Əksinə, Aİ-92 markalı benzinin istehsalının 239,9 min ton (14,7%), dizel yanacağının isə 298,5 min ton (13,7%) azalacağı proqnozlaşdırılır. Halbuki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Aİ-95 markalı benzinin istehsalı isə eyni dövrdə 45 faiz azalaraq cəmi 13,8 min ton olub.

Xalid Kərimli vurğulayır ki, Aİ-95 və Aİ-98 markalı benzinlər Tarif (Qiymət) Şurasının tənzimlədiyi yanacaq növləri siyahısına daxil deyil, onların qiyməti bazarda tələb və təklif əsasında formalaşır. Tarif Şurası yalnız Aİ-92 markalı benzin və dizel yanacağının qiymətini müəyyən edir. Aİ-95 markalı benzin əsasən idxal hesabına təmin olunur, halbuki, NEZ-də aparılan modernləşdirmə işləri bu asılılığı azaltmaq məqsədi daşıyırdı.

İqtisadçı qeyd edir ki, zavodun təmiri və yenidən qurulması üçün böyük həcmdə vəsait ayrılıb. Mətbuat məlumatlarına görə, layihənin maliyyələşdirilməsi çərçivəsində zavodun ümumi büdcəsi artırılıb. Layihəyə başlanarkən prosesin 2022-ci ildə başa çatacağı bildirilmişdi, daha sonra bu tarix 2023–2024-cü illərə, bundan sonra isə 2025-ci ilə qədər uzadıldı. Zavodda baş vermiş yanğın da işlərin gedişinə mənfi təsir göstərdi. Nəticədə, illərlə davam edən bu proses gözlənilən effekti vermədi və yenə də istehsalın azalacağı açıqlanır.

Onun fikrincə, layihədə şəffaflıq problemi var, heç olmasa vətəndaş cəmiyyəti nümayəndələri belə xərclənən vəsaitlər barədə dolğun məlumat ala bilmir. “İndi sual yaranır: niyə milyonlarla, bəlkə də milyardlarla manat xərcləndi, amma hələ də Aİ-95 markalı benzini istehsal edə bilmirik? Niyə digər yanacaq növlərinin istehsalı da azalır? Əgər bu qədər vəsait xərclənibsə, nəticə haradadır? Bu sualların cavabı yoxdur. Deməli, neftdən gələn gəlirlərin bir hissəsi də bu yolla havaya sovrulub”, - deyə Kərimli bildirir.

Onun sözlərinə görə, Aİ-95 markalı benzinin qiyməti onsuz da yüksəkdir və beynəlxalq bazarda neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda qiymət sabit qalır. “Hazırda dünya bazarında neftin bir bareli 60 dollar civarındadır. Aİ-95 markalı benzinin satış qiyməti 1,6 manat müəyyən ediləndə neft 85–90 dollar idi. Yəni neft ucuzlaşıb, amma bizdə yanacağın qiyməti eyni qalıb, nəyə görə?! Özü də bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bunun səbəbi inhisarçılıqdır. ABŞ-da benzinin qiyməti düşür, amma Azərbaycanda, neft ölkəsi olduğumuz halda, benzin daha bahadır. Bu, iqtisadi məntiqə sığmır”.

Kərimli hesab edir ki, vəziyyət artıq narahatedici həddə çatıb: “Milyardlarla manat xərclənib, amma cəmiyyət bu layihədən real fayda görmədi. Nəticədə, neft ölkəsi olan Azərbaycan bu gün benzin idxalından asılı vəziyyətə düşüb. Bu, doğrudan da vahiməli bir mənzərədir. Hökumət hər il vəd verir ki, Aİ-95 markalı benzini daxildə istehsal edəcəyik, amma vədlər bir-birini əvəzləyir, reallıq dəyişmir”.

Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, faktiki olaraq, 2015-ci ildən SOCAR tərəfindən həyata keçirilən “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernləşdirmə layihəsi”nin dəyəri 2,2–3 milyard ABŞ dolları arasında qiymətləndirildi. Layihənin məqsədi 2025-ci ilə qədər zavodu “Avro-5” standartlarına uyğunlaşdırmaq, illik emal gücünü 7,5 milyon tona çatdırmaq və Aİ-95 markalı benzinin daxildə istehsalına nail olmaq idi. Layihə çərçivəsində yeni texnoloji qurğular - nafta hidrotreytinq, katalitik qırma (FCC), VGO hidrotreytinq, eləcə də enerji və hava sistemlərinin yenilənməsi nəzərdə tutulmuşdu. 2020-ci ilin əvvəlinə qədər işlərin 63 faizi görülmüşdü.

Dövlət büdcəsində 2024-cü il üçün zavodun modernləşdirilməsinə 407,9 milyon manat əlavə vəsait ayrılıb. Layihədə beynəlxalq şirkətlər, o cümlədən İspaniyanın “Técnicas Reunidas” və “EDT” şirkətləri - EPC və EPCM əsaslı müqavilələrlə iştirak ediblər. Zavodun illik emal gücü 4-6 milyon tondan 7,5-8 milyon tona çatdırılmalı idi. Lakin texniki problemlər, sınaq mərhələsində çətinliklər, köhnə və yeni qurğuların paralel işləməsi və idarəetmədəki ləngimələr səbəbindən layihənin icrası dəfələrlə təxirə salınıb.

Layihənin tamamlanması ilə ölkədə “Avro-5” standartlı yanacaqlara keçid, idxaldan asılılığın azalması və yanacaq təhlükəsizliyinin gücləndirilməsi planlaşdırılmışdı. Lakin bu məqsədlərə tam çatılmaması həm iqtisadçılar, həm də ictimaiyyət arasında haqlı narazılıq doğurur. Çünki dövlət vəsaiti hesabına həyata keçirilən bir layihə uzun illər davam edir, amma nəticə etibarilə ölkə yenə də Aİ-95 markalı benzini xaricdən idxal etməyə məcbur qalır. Bu isə cəmiyyətin əsas sualını doğurur: əgər məqsəd özünü təmin etmək idisə, bu qədər böyük sərmayənin iqtisadi effekti nədən ibarətdir?

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

22.07.2026 / 10:37
İranla müharibədə yaralanan amerikalı hərbçilərin sayı 500-ü keçdi...

22.07.2026 / 10:25
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya tutarlı cavab... +VİDEO

22.07.2026 / 10:14
Pentaqonda İran böhranı... Nazirdən ŞOK ETİRAF - Əsgərlərin maaşlarını ödəyə bilməyəcəyik...

22.07.2026 / 09:53
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil oldu

22.07.2026 / 09:40
İran nüvə obyektlərilə bağlı ABŞ-a xəbərdarlıq etdi - hücum olsa...

22.07.2026 / 09:24
Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edildi

22.07.2026 / 09:11
Magistratura imtahanında yüksək nəticə azalıb, orta bal enib - DİM

22.07.2026 / 07:01
ABŞ Müdafiə naziri Konqresdən daha 67 milyard dollar istədi - Yaxın Şərqdəki əməliyyatlar üçün…

22.07.2026 / 06:51
Bolqarıstan ABŞ-a İrana qarşı əməliyyatlar üçün ərazisindən istifadəyə icazə verdi…

22.07.2026 / 00:30
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

21.07.2026 / 22:18
Moldovada Rusiya səfirliyinin əməkdaşları və avtomobilləri saxlandı - səfir Rusiya XİN-ə çağırıldı...

21.07.2026 / 21:50
İran ABŞ-ın həssas nöqtələrinə zərbə taktikasını dəyişir - bu dəfə İordaniya...

21.07.2026 / 21:34
ABŞ Senatı şəxsən Putinin özünə qarşı sanksiyalara start verdi...

21.07.2026 / 21:07
Tramp güzəştə gedir - Üç dövlətin gündəmdə yeni təklifi...İran rüsum yığacaq...

21.07.2026 / 20:51
İran-ABŞ savaşı Suriya ərazisinə transfer edilə bilər...

21.07.2026 / 20:43
"Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq" - Vüqar Rəhimzadə

21.07.2026 / 20:35
Bakıdan zəng İsraildə prosesi dayandırdı - Yeni parlament payızda mövzuya yenidən qayıda bilər?

21.07.2026 / 20:09
Bakıda Angela Merkelin Putinlə gizli danışıqlarının üstü açıldı...

21.07.2026 / 19:50
Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropanı parçaladı - Fransa, Almaniya kimi qatı düşmənlər də...

21.07.2026 / 19:32
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

21.07.2026 / 19:27
Almaniya deputatları Avropa qurumlarında Azərbaycan üçün çox obyektiv işlər görə bilər...

21.07.2026 / 19:12
Ermənilərin məhkəməsində prokurorların çıxışı başladı - FOTO

21.07.2026 / 18:57
Avropa İttifaqının Rusiyaya qarşı sanksiya paketi, ya “İsveçrə pendiri”?..

21.07.2026 / 18:40
Azərbaycan istəsə, Almaniyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada işləri yaxşı gedəcək...

21.07.2026 / 18:27
İran Küveyti yenidən bombaladı - enerji və su infrastrukturunda yanğınlar baş verib...

21.07.2026 / 18:15
Ermənistanda fermerlər yolu bağladılar - nazir "xiyar və pomidor sözü" verdi...

21.07.2026 / 18:00
Hörmüzdən sonra Qırmızı dəniz də neft daşınmasına qapanır - qiymət yenə kəllə-çarxa çıxacaq....

21.07.2026 / 17:36
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı

21.07.2026 / 17:22
MEK-in direktoru Milli Mətbuat Günü münasibətilə Aydın Quliyevi təbrik etdi

21.07.2026 / 17:06
İran raketləri maneələri aşır - 50 min ABŞ əsgəri artıq təhlükəsizlikdə deyil...

21.07.2026 / 17:00
Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

21.07.2026 / 16:48
Nyu-Yorkun müsəlman meri payızda Netanyahunu həbs etdirəcək - Məmdani Trampla da hesablaşmır...

21.07.2026 / 16:40
"Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir" - Prezident

21.07.2026 / 16:33
Azərbaycana xaricdən diri heyvan gətirənlərin işi xeyli çətinləşdirildi... Əti bahalaşdıran yeni bəhanə...

21.07.2026 / 16:19
"Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır" - Kansler

21.07.2026 / 16:16
"Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır" - Almaniya Kansleri

21.07.2026 / 16:15
Merts: "Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir"

21.07.2026 / 16:14
"Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb" - Kansler

21.07.2026 / 16:11
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

21.07.2026 / 16:06
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"

21.07.2026 / 16:05
"Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub" - Prezident

21.07.2026 / 16:03
Prezident: "Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb"

21.07.2026 / 16:02
"Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir" - Prezident

21.07.2026 / 15:59
Prezident: "Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək"

21.07.2026 / 15:53
"Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq" - Prezident İlham Əliyev

21.07.2026 / 15:51
Prezident İlham Əliyev və Federal Kansler mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

21.07.2026 / 15:49
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı - FOTO

21.07.2026 / 15:41
Rusiya Gürcüstanın daha bir bölgəsinin rəsmi ilhaqına başlayır...

21.07.2026 / 15:29
TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır

21.07.2026 / 15:23
Azərbaycanda indiyə qədərki avtomobil istehsalları iflasa uğradı - Özbəkistanla yeni "Chevrolet layihəsi"nin taleyi...

21.07.2026 / 15:05
Qazax sakini Kəlbəcərdə minaya düşdü...

21.07.2026 / 14:37
WSJ: “İsrail İranın sentrifuqaları Külüng dağına köçürdüyünə inanır”

21.07.2026 / 14:31
“Hörmüz boğazı bağlı qalacaq” - İranlı hərbi mənbə

21.07.2026 / 14:26
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib - FOTO

21.07.2026 / 14:23
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO

21.07.2026 / 14:12
Rusiya Odessa yaxınlığında içərisində hindistanlıların olduğu gəmini vurdu – rus diplomat Hindistan XİN-ə çağırıldı...

21.07.2026 / 13:55
Rumıniya sahillərində qaz tankeri vuruldu – güclü partlayşdan sonra gəmidə yanğın başlayıb...

21.07.2026 / 13:31
Britaniyanın yeni Baş naziri elektrik enerjisinə ƏDV-ni ləğv edir

21.07.2026 / 13:28
Qvineya müstəmləkəçilik dövründə Fransaya aparılmış əlyazmaların qaytarılmasını tələb edir

21.07.2026 / 13:19
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

21.07.2026 / 13:06
İran İordaniyada ABŞ əsgərlərinin olduğu kompleksi vurdu – ölənlər var..

21.07.2026 / 12:54
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

21.07.2026 / 12:47
Taxtakörpü qəsəbəsində həyətində çətən əkən şəxs saxlandı

21.07.2026 / 12:38
Britaniyada süni intellekt üzrə nazir fəaliyyət göstərəcək - dünyada ilk…

21.07.2026 / 12:33
"Qırmızı Körpü"də bəyan edilməyən 300 telefon aşkarlandı...

21.07.2026 / 12:25
Çevik iş vaxtı rejimi hansı sahələrə və şəxslərə tətbiq olunacaq?..

21.07.2026 / 12:13
ŞOK!... “Vital Hospital”da ölü doğulan körpə zirzəmiyə atıldı - Nazirlik hərəkətə keçdi...

21.07.2026 / 12:06
Britaniyanın yeni baş naziri Almaniya kansleri ilə Rusiya əleyhinə yenidən razılaşdılar...

21.07.2026 / 11:50
Ali Məhkəmə işəgötürələrin ən çox istifadə etdiyi bəhanələrindən birini əlindən aldı - bu onların məsuliyyətini aradan qaldırmır...

21.07.2026 / 11:41
Prezident İlham Əliyevlə Ştaynmayer arasında təkbətək görüş keçirilib - FOTO/YENİLƏNDİ

21.07.2026 / 11:40
Rusiya ümidini BMT-nin yeni baş katibinə bağlayıb...

21.07.2026 / 11:32
Üç ölkənin ordusu Livanda “İran Hizbullahına” qarşı birləşdi...

21.07.2026 / 11:08
ABŞ və İran arasında yeni atəşkəs təklifinin DETALLARI ortaya çıxdı – Hörmüzlə bağlı iki variant...

21.07.2026 / 11:06
Prezident Belçika Kralını təbrik etdi

21.07.2026 / 11:02
Gənc rəssamlar "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində Qəbələdə Alban-Udi İcmasının qonağı oldu

21.07.2026 / 11:01
DYPİ dəhşətli yol qəzası ilə bağlı sürücülərə çağırış etdi...

21.07.2026 / 10:47
Ərəb koalisiyası Səudiyyəni blokadaya salan husilərə meydan oxudu – cavab verəcəyik...

21.07.2026 / 10:32
Son 5 ayda bağlanan nikahların yarısı qədər boşanma qeydə alınıb...

21.07.2026 / 10:22
Azərbaycan nefti bahalaşdı - 93 dollar...

21.07.2026 / 10:10
ABŞ-dan İran qarşı gecə əməliyyatı - dron və raket mərkəzləri yerlə bir edildi...

21.07.2026 / 09:57
Magistraturaya ixtisaslaşma seçimi başladı

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ