Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə mühüm faktlar açıqlayıb. O qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 14,7 faiz və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollara bərabər olub. T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,31 milyard dollar təşkil edib: “Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir ki, bu da kifayət qədər yüksək göstəricidir”.
Mətləb Salahov