Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın dinamikasının əsas şərtləri...

Image


Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur artıq özünün yeni yüksəliş dövrünü yaşayır. Bu fonda həmin ərazilərdə sahibkarlığın inkişafı da xüsusi diqqət məkəzində yer alır. Çünki bu hal sözügedən ərazilərin inkişafı üçün mühüm faktorlardan biri hesab edilir.

Ümumiyyətlə, 2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, uzun illər işğal və dağıntılar altında qalmış torpaqların dirçəldilməsi üçün geniş imkanlar yaradıb. Hazırda başlıca məqsədlərdən biri bu ərazilərin sürətli inkişafı, infrastrukturun bərpası, insanların doğma yurdlarına qayıtması və bölgənin ölkənin iqtisadi-sosial həyatına inteqrasiyasıdır.

Sənaye parkları azad ərazilərdə iqtisadiyyatın mühüm hissəsidir

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafını sürətləndirmək üçün xüsusi proqramlar qəbul edib. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastrukturun bərpası, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi, enerji təminatının qurulması sahibkarların fəaliyyətinə əlverişli şərait yaradır. Dövlət Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ərazilərdə fəaliyyət göstərmək istəyən iş adamlarına güzəştli kreditlər ayrılır. Bundan əlavə, investorlara vergi güzəştləri, gömrük imtiyazları və müxtəlif təşviq mexanizmləri təqdim olunur.

Hazırkı tendensiyalara əsasən, 2026-cı ilədək azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinin intensiv inkişafı gözlənilir. Artıq Ağdam Sənaye Parkı, Cəbrayıl Sənaye Parkı və Şərqi Zəngəzur İqtisadi Rayonunda yeni layihələrin icrasına başlanıb. Xarici investorların da bu ərazilərə marağı artır. İnvestisiya forumları və beynəlxalq sərgilərdə Qarabağ bölgəsinin təqdim olunması yeni tərəfdaşlıqların yaranmasına zəmin yaradır. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir. Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Bir müddət öncə isə prezident İlham Əliyev “Latifa” Laçın tikiş fabrikinin açılışında iştirak edib.O, hələ 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” nəzdində fəaliyyət göstərir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Yaxın tezlikdə sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri məhz “Latifa” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Sahibkarlığın tərəqqisi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir

Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqları kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar yaradır. Burada taxılçılıq, üzümçülük, maldarlıq, bağçılıq və arıçılıq ənənəvi sahələr kimi diqqət çəkir. Aqroparkların yaradılması və müasir suvarma sistemlərinin tətbiqi sahibkarların bu sahədə uğurlu fəaliyyətinə zəmin yaradır. Qarabağın zəngin təbiəti, mədəni irsi və müalicəvi mineral bulaqları turizm üçün geniş imkanlar açır. Şuşa, Kəlbəcər və Laçın kimi bölgələrdə otellər, istirahət mərkəzləri, kənd turizmi layihələri sahibkarlıq üçün yeni perspektivlər yaradır. Bu sahə həm daxili, həm də xarici turistlərin cəlb edilməsində mühüm rol oynayacaq.

Yeni yollar, dəmir yolları və Zəngəzur dəhlizinin açılması ilə region tranzit mərkəzinə çevriləcək. Sahibkarlar üçün ticarət mərkəzləri, logistika şirkətləri və xidmət sahələrinin yaradılması böyük iqtisadi fayda verəcək. 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətinin daha da genişlənəcəyi gözlənilir. İnfrastrukturun tamamlanması, yeni sənaye parklarının istifadəyə verilməsi, kənd təsərrüfatı və turizm sahəsində layihələrin icrası sahibkarlığın inkişafını sürətləndirəcək. Xarici investorların da bu ərazilərə marağı artmaqdadır ki, bu da beynəlxalq əməkdaşlığa yeni imkanlar açır. İşğaldan azad edilən ərazilərdə sahibkarlığın inkişafı yalnız iqtisadi gəlirlər deyil, həm də mühüm sosial nəticələr doğurur. Əvvəla, köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir. Yeni iş yerləri yaradır, məşğulluğu artırır. Regionların sosial rifahını yüksəldir. Yerli istehsalı gücləndirərək idxaldan asılılığı azaldır. Hazırda Qarabağ və Zəngəzurda 50 mindən çox insan yaşayır və bu say sürətlə artır. Mina təmizlənməsi prosesi isə qayıdışı təhlükəsiz şəkildə təmin etmək üçün davam edir. Azad edilmiş ərazilərin reinteqrasiyası Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, regionun geosiyasi mənzərəsinə də təsir göstərir. Xüsusilə Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat arteriyası kimi Azərbaycanın regional logistik mərkəz rolunu möhkəmləndirəcək. Qarabağ və Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iradəsini nümayiş etdirir. Bu, həm də iş adamları üçün sözügedən ərazilərdə yaradılan münbit şəraitdən faydalananların sayını çoxaldır. Beləliklə, işğaldan azad edilən ərazilərdə sahibkarlığın inkişafı Azərbaycanın ümumi iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Dövlət dəstəyi, biznes təşviqləri və mövcud potensial bu bölgələri yaxın illərdə ölkənin ən perspektivli iqtisadi zonalarına çevirəcək. Sahibkarlığın inkişafı həm Qarabağın sosial-iqtisadi dirçəlişinə, həm də Azərbaycanın dayanıqlı inkişaf modelinə mühüm töhfə verəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ