Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb. Bu barədə ICE London birjasının məlumatlarında qeyd olunur. TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün 389,2 ABŞ dolları (+1,3 %) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1 000 kubmetr üçün 384,3 ABŞ dolları) əsaslanır. Çərşənbə günü Avropada təbii qazın birja qiyməti təxminən 3 % artıb.
Mətləb Salahov